İdman

Messi Pelenin rekordunu təkrarladı

19 Dekabr 2020 22:53
Baxış: 1 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın kapitanı Lionel Messi Braziliya millisinin keçmiş oyunçusu Pelenin bir klub üçün qol rekordunu təkrarlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin "Tvitter" səhifəsi məlumat yayıb. 33 yaşlı hücumçu La Liqanın 14-cü turunda "Valensiya" ilə matçın (2:2) 45+5 dəqiqəsində fərqlənib. Bununla da o, "Barselona"da vurduğu qolları sayını 643-ə çatdırıb.

Bununla da, Messi bir klubda qolların miqdarına görə rekordçu Peleyə çatıb. Pele Braziliyanın "Santos" klubunda bu sayda qol vurub.

Qeyd edək ki, argentinalı futbolçu 2003-cü ildən "Barselona"da oynayır. Pele isə 1956-1974-cü illərdə "Santos"da çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.