İdman

Messidən tarixi nailiyyət

17 Dekabr 2020 17:55
Baxış: 911
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın futbolçusu Lionel Messi tarixi nailiyyətə imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, La Liqanın 19-cu turunda "Real Sosyedad"a 2:1 hesabı ilə qalib gəldikləri ev matçında iştirak edərək bunu bacarıb. Bu görüşlə argentinalı hücumçu "Kamp Nou"da 300-cü qələbəsini qazanıb.

Messinin hesabında İspaniya çempionatında 211, Çempionlar Liqasında 53, İspaniya Kubokunda 30 və ölkə Superkubokunda 6 qələbə var. O, "Kamp Nou"da 380 qol vurub.

Qeyd edək ki, 33 yaşlı oyunçu bu mövsüm La Liqada 12 matçda 5 dəfə fərqlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.