İdman

"Borussiya" Lusyen Favra 1 milyon təzminat ödəyəcək

16 Dekabr 2020 19:44
Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dortmund "Borussiya"sı sabiq baş məşqçisi Lusyen Favra 1 milyon avro təzminat ödəyəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb klubun 63 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilməsidir. İsveçrəli məşqçinin klubla 2021-ci ilin iyun ayına qədər sözləşməsi olsa da, o, dekabrın 13-də istefaya göndərilib.

"Borussiya" Bundesliqanın 11-ci turunda "Ştutqart"a məğlub olduqları oyundan (1:5) sonra Favrla yolları ayırıb.

Qeyd edək ki, Lusyen Favr 2018-ci ildən "Borussiya"da işləyirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.