İdman

“İnsanların mənə “Kriştianu ləngdir” deməsini istəmirəm”

15 Dekabr 2020 19:17
Baxış: 1 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu fitness və idman haqqında fikirlərini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu formasını itirməmək üçün daha çox məşq etdiyini deyib:

"33 yaşda olanda artıq sürətinizi itirdiyinizi düşünməyə başlayırsınız. Mən idmanda, futbolda qalmaq istəyirəm. İnsanların mənə baxıb, "Kriştianu inanılmaz bir futbolçu idi, amma indi ləngdir" deməsini istəmirəm.

Bədəninizdə çox şeyi dəyişə bilərsiniz. Amma problem bu, deyil. Hər şey düşüncədən, motivasiyadan və təcrübədən asılıdır. Mənim fikrimcə, bunlar ən çətinlərdir.

İdmanda yetkinliyə çatmaq olar. Tennisdə Rocer Federerə baxın. 37-38 yaşı var. O, hələ də karyerasının zirvəsindədir".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.