İdman

Avroliqada 1/16 finalın püşkü atılır

14 Dekabr 2020 12:57
Baxış: 993
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qrup mərhələsini adlayan 24 komanda və Çempionlar Liqasında 3-cü olan 8 klub püşkatmada 16 cüt təşkil edəcək. Tədbirdən öncə iştirakçılar iki səbətə bölünüb.

Qrup qalibləri və ÇL-də mübarizəni dayandırmış kollektivlərdən 4-ü səpələnmişlər, digərləri isə səpələnməmişlər səbətində yer alıblar. Azərbaycan çempionu "Qarabağ"ın mübarizə apardığı I qrupundan "Vilyarreal" səpələnmişlər, "Makkabi" (Təl-Əviv) isə səpələnməmişlərdə olacaq.

Səpələnmişlər

"Ayaks" (Niderland)
"Brügge" (Belçika)
"Mançester Yunayted" (İngiltərə)
"Şaxtyor (Donetsk, Ukrayna)
"Roma" (İtaliya)
"Arsenal" (İngiltərə)
"Bayer" (Almaniya)
"Reyncers" (Şotlandiya)
PSV (Niderland)
"Napoli" (İtaliya)
"Lester" (İngiltərə)
"Milan" (İtaliya)
"Vilyarreal" (İspaniya)
"Tottenhem" (İngiltərə)
"Dinamo" (Zaqreb, Xorvatiya)
"Hoffenhaym" (Almaniya)

Səpələnməmişlər

"Dinamo" (Kiyev, Ukrayna)
"Krasnodar" (Rusiya)
"Olimpiakos (Yunanıstan)
"Zalsburq" (Avstriya)
"Yanq Boyz" (İsveçrə)
"Molde" (Norveç)
"Slaviya" (Çexiya)
"Benfika" (Portuqaliya)
"Qranada" (İspaniya)
"Real Sosyedad" (İspaniya)
"Braqa" (Portuqaliya)
"Lill" (Fransa)
"Makkabi" (Təl-Əviv, İsrail)
"Antverpen" (Beçlika)
"Volfsberq" (Avstriya)
"Srvena Zvezda" (Serbiya)

Qeyd edək ki, 1/16 finalın ilk oyunları 2021-ci il fevralın 18-də, cavab görüşləri 25-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.