İdman

"Napoli"yə keç" - Messiyə transfer tövsiyəsi

12 Dekabr 2020 22:32
Baxış: 1 171
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya B seriyası təmsilçisi "Monza"nın futbolçusu  Kevin-Prins Boatenq sabiq komanda yoldaşı olan "Barselona"nın kapitanı Lionel Messiyə "Napoli"yə keçməsini tövsiyə edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qanalı oyunçu bu barədə  ESPN-ə açıqlamasında bildirib. O deyib ki, argentinalı hücumçu dünyasını dəyişən dünya futbolunun əfsanəvi oyunçusu Dieqo Maradonanı xatirəsini yaşatmaq üçün bu addımı atmalıdır:

"Düşünürəm ki, Messi müqaviləsi bitdikdə "Napoli" prezidentinə "Gəlirəm" deməlidir. Pulu deyil, qəlbinin səsini dinləyərək Maradonanın 10 nömrəli formasını qürurlandırmalıdır. Messi bu şəkildə karyerasına əfsanəvi bir nöqtə qoya bilər. O, A seriyasında da çempionluqlar yaşaya bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.