İdman

"Mançester Yunayted" Sulşerlə bağlı qərarını verdi

10 Dekabr 2020 14:08
Baxış: 1 099
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted"  Çempionlar Liqasında qrup mərhələsinin nəticələrinə baxmayaraq, baş məşqçisi Ole-Qunnar Sulşerlə çalışmağa davam edəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Mançester təmsilçisi qrup mərhələsinin sonuncu turunda "Leyptsiq"ə 2:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. Komanda Avroliqada çıxışına davam edəcək.

Klub rəhbərliyi ÇL-də uğursuz çıxışa baxmayaraq, norveçli mütəxəssisə dəstək olmağa davam edəcək. "MY"nın tez-tez baş məşqçi dəyişikliyi etmək istəmədiyi, buna görə 47 yaşlı çalışdırıcını komandada saxlamaq istədiyi vurğulanıb.

Hətta "Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettino "Mançester Yunayted"ə keçməyə razı olmasına baxmayaraq, klub qərarında qətidir.

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 10 turdan sonra 19 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.