İdman

“Bavariya” “Barselona”nın yarımmüdafiəçisinə göz dikdi

9 Dekabr 2020 18:04
Baxış: 757
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniyanın "Bavariya" klubu "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqu heyətinə qatmaq istəyir.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Münhen təmsilçisi İspaniya klubunun idarəetmə sistemində yaranan problemlərdən yararlanmaq istəyir.

"Bavariya" hazırda qiyməti 70 milyon avro ilə dəyərləndirilən niderlandlını daha ucuz almağa ümidlidir. Barselonalılarla müqaviləsi 2026-cı ilə başa çatacaq de Yonqun keçidi baş tutsa, bu, "Bavariya"nın yarımmüdafiə xəttini daha da gücləndirməlidir.

Qeyd edək ki, 2019-cu ildə İspaniya klubuna keçən Frenki cari mövsümdə 15 matça çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.