İdman

“Bavariya”nın müdafiəçisi ölkəsinin ən yaxşısı seçildi

4 Dekabr 2020 13:40
Baxış: 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadada 2020-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Almaniyanın "Bavariya" klubunun müdafiəçisi Alfonso Devis bu ada layiq görülüb.

20 yaşlı oyunçu ölkəsinin ən yaxşısı mükafatını ilk dəfə qazanıb. Kanada millisinin baş məşqçisi Con Herdman bildirib ki, Devisə verilən mükafat gənc nəslə stimul verəcək. Alfonso geridə qalan mövsüm Bundesliqa, Almaniya kuboku, Superkuboku və Çempionlar Liqasını qazanıb.

Qeyd edək ki, UEFA-nın açıqladığı ilin rəmzi komandasına 50 namizəddən biri olan Alfonso Devis eyni zamanda dünyanın ən bahalı gənc futbolçusu hesab edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.