İdman

"Qarabağ" keyfiyyətli komandadır" - "Makkabi"nin baş məşqçisi

3 Dekabr 2020 07:35
Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oyuna tam hazır olmalı və sabah sona qədər mübarizə aparmalıyıq. Bizi çətin görüş gözləyir".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Makkabi"nin (Təl-Əviv) baş məşqçisi Giorqos Donis Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Ağdam təmsilçisi haqda müsbət fikirlər səsləndirən çalışdırıcı rəqibi tam təhlil etdiklərini bildirib: "Qarabağ"ın yeganə çatışmazlığı bütün oyunları başqa ölkələrdə keçirməsidir. Ancaq futbol oynamağa çalışan mütəşəkkil və keyfiyyətli komandadır. Onları təhlil etmişik, həm fərdi, həm də kollektiv baxımdan necə oynadıqlarını bilirik".

Donis növbəti mərhələyə vəsiqə qazanmaq üçün qələbə qazanmaq məcburiyyətində olduqlarını söyləyib: "Əlimizə düşən fürsəti bilirik. Bütün fikrimizi sabahkı oyuna yönəltmişik. Ümid edirəm ki, sonda nəticədən də məmnun qalacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.