İdman

Suares "Bavariya"ya qarşı oynamayacaq

1 Dekabr 2020 09:22
Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletiko"nun futbolçusu Luis Suares Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Bavariya" ilə oyunu buraxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb uruqvaylı hücumçunun koronavirus testinin yenidən müsbət çıxmasıdır. Onun hələ də Madrid təmsilçisi ilə məşqlərdə iştirak etmədiyi bildirilib.

Qeyd edək ki, Suares noyabrın 17-i koronavirusa yoluxub.

Xatırladaq ki, "Atletiko" - "Bavariya" görüşü dekabrın 1-i Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.