Azərbaycan millisi Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatında gümüş və bürünc medal qazanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kiyevdə keçirilən bədii gimnastika 36-cı Avropa çempionatında Azərbaycan komandası qrup hərəkətlərində çoxnövçülükdə ikinci yeri tutdu.
Milli.Az Trend-ə istinadən bildirir ki, çempionatın ikinci günü 3 halqa və 2 cüt gürzlərlə proqramda Ləman Əlimuradova, Zeynəb Hümmətova, Elizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət Azərbaycan komandası hakimlərdən 31.700 xal alıb.
Xatırladaq ki, çempionatın ilk günündə qrup hərəkətlərində beş topla proqramda Azərbaycan millisi 34 600 xal toplayaraq ən yaxşı nəticəni göstərdi.
Ümumilikdə iki çıxışda Azərbaycan komandasının nəticəsi 66.300 xal təşkil edib, nəticədə komanda çoxnövçülükdə gümüş medal qazanıb.
Azərbaycan milli komandası, həmçinin "gənclər" yaş kateqoriyasında gimnastların çıxışlarının və qrup komandalarının nəticələrinin ümumiləşdirildiyi komanda çempionatında üçüncü yeri tutdu və yekunda 226.175 xal toplayıb.
Bədii gimnastika üzrə Avropa Çempionatı 26-29 noyabr tarixlərində Ukraynanın paytaxtı Kiyevdə keçirilir. Azərbaycanı çempionatda 11 gimnastımız təmsil edir.
Gənclər kateqoriyasında fərdi proqramda Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova və İlona Zeynalova iştirak edəcək.
Böyüklər kateqoriyasında Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, qrup hərəkətlərdə isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina təmsil edəcək.
Bədii gimnastika üzrə 36-cı Avropa çempionatında 23 ölkədən olan idmançılar iştirak edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Zidan Ronaldonu müdafiə etdi
XƏBƏR LENTİ
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)





