İdman

“Qarabağ” uduzdu, Azərbaycan UEFA reytinqində mövqeyində qaldı

27 Noyabr 2020 11:33
Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avrokubokların qrup mərhələsinin IV turundan sonra UEFA reytinqi açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Çempionlar Liqasının 16, Avropa Liqasında 24 qarşılaşmasından sonra cədvəldə heç bir yerdəyişmə baş verməyib.

Bəzi ölkələrin xal hesabı artsa da, bu, hər hansı yerdəyişmə üçün yetərli olmayıb. Azərbaycanın mövqeyi kimi əmsalı da dəyişməz qalıb.

Buna mübarizəni davam etdirən yeganə təmsilçimiz "Qarabağ"ın məğlubiyyəti səbəb olub. Avropa Liqasının IV turunda Türkiyə "Sivasspor"una 2:3 hesabı ilə uduzan ağdamlılar bu dəfə də reytinqə xal gətirməyib.

Bununla da aktivində 16,625 xal olan Azərbaycan 26-cı sırada qalıb. 25-ci olan Rumıniyadan 1,325 xal geridə qərarlaşan ölkəmiz ən yaxın izləyicisi Qazaxıstandan 1 xal öndədir.

Qeyd edək ki, 88,855 xala malik İspaniya cədvəlin ilk pilləsində qərarlaşıb. İngiltərə və İtaliya da ilk "üçlük"də yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.