İdman

Noyer Ronaldonun rekordunu yenilədi

26 Noyabr 2020 15:44
Baxış: 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın "Bavariya" klubunun kapitanı Manuel Noyer ardıcıl qələbə rekordu müəyyənləşdirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, ulduz qapıçı Çempionlar Liqasının (ÇL) qrup mərhələsində "Zalsburq"la (Avstriya) qarşılaşmada buna nail olub.

Komandasının 3:1 hesabı ilə qalib gəldiyi görüş Noyerin ÇL-də ardıcıl 15-ci qələbəsi olub. Bununla o, İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldonun rekordunu qırıb. Portuqaliyalı superulduz 2013/14 və 2014/15 mövsümlərində İspaniya "Real"ında olarkən ardıcıl 14 qələbəyə sevinib.

Qeyd edək ki, qrupda keçirdiyi 4 oyunun hamısında qələbə qazanan "Bavariya" 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.