İdman

UEFA Ukrayna millisinə texniki məğlubiyyət verdi

26 Noyabr 2020 10:39
Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunun koronavirus səbəbindən ləğv olunmuş İsveçrə - Ukrayna oyunu ilə bağlı qərar verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFA qonaq komandaya texniki məğlubiyyət verib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Beləliklə, 4-cü qrupda sonuncu pilləyə düşən Andrey Şevçenkonun komandası A Liqasını tərk edib.

Qeyd edək ki, oyun qonaqların 6 futbolçusunun koronavirusa yoluxmasına görə baş tutmayıb. İsveçrə Səhiyyə Nazirliyinin qərarı ilə komanda tam heyətdə karantinə alınıb. Ukrayna millisi meydana çıxmağa hazır olsa da, səhiyyə orqanları buna icazə verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.