İdman

Teymur Rəcəbov 1/4 finala qələbə ilə başlayıb

26 Noyabr 2020 08:48
Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onlayn şahmat üzrə "Skillinq open" turnirində pley-off mərhələsi start götürüb.

16 şahmatçının dairəvi sistemlə mübarizəsindən sonra ən yaxşı 8 iştirakçı 1/4 finalda qüvvəsini sınayır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Uesli So ilə ilk matçı vaxtından əvvəl başa vurub. Şahmatçımız 4 partiyadan ibarət olması nəzərdə tutulan görüşdə 2,5:0,5 hesablı qələbə əldə edib. Təmsilçimiz ABŞ-dan olan rəqibi ilə 4 partiyadan ibarət daha bir matç keçirəcək.

İkinci matç və zərurət yaransa taybrek noyabrın 26-da baş tutacaq.

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil edən turnirin qalibi 30 000 dollara sahib olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.