"Sevilya", "Çelsi", "Barselona" və "Yuventus" 1/8 finalda! - ÇEMPİONLAR LİQASI - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci dövrəsinə start verilib.
Milli.Az matc.az-a istinadən bildirir ki, 4-cü turun ilk oyun günündə 4 qrup üzrə 8 oyun keçirilib.
Baş tutan qarşılaşmaların ardından 1/8 finala vəsiqə qazanan ilk 4 klub müəyyənləşib.
E qrupunda müvafiq olaraq "Krasnodar" və "Renn" səfərindən minimalhesablı qalibiyyətlə dönən "Sevilya" ilə "Çelsi" növbəti mərhələyə vəsiqəni rəsmiləşdiriblər. Son iki tur yalnız qrup birincisinin və Avropa Liqasına yollanacaq komandanın kimliyinə aydınlıq gətirəcək.
Dortmund "Borussiya"sı ilə "Latsio" yer aldıqları F qrupunda asan qələbə qazanaraq ilk iki pillədəki yerlərini möhkəmlədiblər. Bu iki klubdan ən azı birinin turnirdə yoluna davam edəcəyini əminliklə söyləmək olar. Çünki "Zenit" üçün ÇL-də mübarizənin qrupda başa çatacağı dəqiqləşib.
G qrupunda da 1/8 finalın hər iki iştirakçısı bilinib. Lider "Barselona" yoluna itkisiz davam edib. Kiyev "Dinamo"sunu səfərdə məğlubiyyətə uğradan kataloniyalılar növbəti raunda vəsiqəni təmin ediblər. "Yuventus" isə öz meydanında "Ferensvaroş" üzərində əzmkar qələbə qazanmaqla, "Barsa"ya yoldaş olub.
"Mançester Yunayted" ötən turda Türkiyədə uduzduğu "Başakşəhər"dən revanş alıb. H qrupunun digər oyununda PSJ "Leypsiq"ə qalib gələrək ikinci pilləyə yüksəlib.
Qeyd edək ki, turun digər 8 oyunu noyabrın 25-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
24 noyabr
E qrupu
"Krasnodar" (Rusiya) - "Sevilya" (İspaniya) 1:2
Qol: Vanderson, 56 - Rakitiç, 4. El Haddadi, 90+5.
"Renn" (Fransa) - "Çelsi" (İngiltərə) 1:2
Qol: Jirassi, 85 - Hodson-Odoi, 22. Jiru, 90+1.
Çelsi - 10, Sevilya - 10, Krasnodar - 1, Renn - 1.
F qrupu
"Latsio" (İtaliya) - "Zenit" (Rusiya) 3:1
Qol: İmmobile, 3; 55. Parolo, 55 - Dzyuba, 25.
"Borussiya" (Dortmund, Almaniya) - "Brügge" (Belçika) 3:0
Qol: Haland, 18; 60. Sanço, 45.
Borussiya - 9, Latsio - 8, Brügge - 4, Zenit - 1.
G qrupu
"Dinamo" (Kiyev, Ukrayna) - "Barselona" (İspaniya) 0:4
Qol: Dest, 52. Breyveyt, 57; 70-pen. Qrizmann, 90+2.
"Yuventus" (İtaliya) - "Ferentsvaroş" (Macarıstan) 2:1
Qol: Ronaldo, 35. Morata, 90+2 - Uzuni, 19.
Barselona - 12, Yuventus - 7, Ferentsvaroş - 2, Dinamo - 1.
H qrupu
"Mançester Yunayted" (İngilıtərə) - "Başakşəhər" (Türkiyə) 4:1
Qol: B.Fernandes, 7; 19. Reşford, 35-pen. Ceyms, 90+2 - D.Türüç, 75.
PSJ (Fransa) - "Leypsiq" (Almaniya) 1:0
Qol: Neymar, 11-pen.
Mançester Yunaytet - 9, PSJ - 6, Leypsiq - 6, Başakşəhər - 3.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Abdullah Zubirin Səudiyyə Ərəbistanında çıxışına maneə
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
XƏBƏR LENTİ
-
Abdullah Zubirin Səudiyyə Ərəbistanında çıxışına maneə
-
Bakıda Dördüncü İqlim Həftəsinin üçüncü günü keçirilir
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Bakının bu yollarında tıxac var
-
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
-
Qatıq və ya süd deyilmiş: Bağırsaqlar üçün ən faydalı qida məlum oldu
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)





