Maksim Medvedev: “Koronavirus öz sözünü deyir, adamın ürəyi partlayır” - MÜSAHİBƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Azərbaycan millisinin və "Qarabağ" klubunun kapitanı Maksim Medvedevin apasport.az saytına müsahibəsini təqdim edir:
- Yığmanın düşərgəsində olarkən koronavirusa yoluxduğunuz üçün Xorvatiyada qaldınız. Hazırda vəziyyətiniz necədir?
- Yavaş-yavaş sağalma prosesi gedir. Vəziyyət tam da pis deyil, ortadır. Bir az başım gicəllənir. Otaqdan çıxa bilmirsən, adamın ürəyi partlayır. Yemək zamanı dadı tam hiss etmirəm. Virus öz sözünü deyir. Ümumi durumum normaldır.
- Azərbaycana qayıdacağınız tarixlə bağlı sizə hansısa məlumat verilib?
- Yəqin ki, 2-3 günə düzələrəm. Sonra test verəcəyəm. Əgər testin cavabı neqativ çıxsa, Bakıya dönəcəyəm. Vətənə daha tez qayıtmaq istəyirəm. Burada qalmaq çətindir.
- Yəqin ki, fərdi məşq də etmirsiniz. Döndükdən sonra bərpa prosesi çətin olmayacaq?
- Burada fərdi məşq keçmək mümkün deyil. Çünki hərarətim tam stabilləşməyib. Axşamlar hərarət qalxır, səhərlər düşür. Bir saat yaxşı oluram, bir saat başım gicəllənir. Bu mərhələni hələ tam geridə qoymamışam. 2-3 gündən sonra problemin geridə qalacağına inanıram. Ondan sonra məşqlərə başlayacağam. Məşq etmək üçün hələ tezdir.
- Bəzi insanlar hələ də koronavirus pandemiyasına şübhə ilə yanaşırlar. Bu virusla adi qrip arasında nə kimi fərqlər var?
- Açığı, koronavirusla qrip arasında böyük bir fərq görmürəm. Qripə tutulduğum vaxtlar da olub. İndi testin nəticəsi pozitiv çıxıbsa, deməli, koronavirusdur. Amma demək olar ki, eyni simptomları keçirirəm. Çox adam bu virusun qripdən fərqinin olmadığını gördüyü üçün koronavirusa inanmır. Epidemiya var, hamı xəstələnir. İstər koronavirus, istərsə də qrip olsun, hər bir insan özünü qorumalıdır. Ən azı kütlə arasında mütləq maska taxılmalıdır. Geyimə də fikir vermək lazımdır. Çünki tərləyirsən, soyuq dəyir, bu da xəstələnməyinə gətirib çıxarır.
- Millinin son toplanışı zamanı "Qarabağ" 4 müdafiəçisini itirdi. Siz və Rahil Məmmədov koronavirusa yoluxdunuz, Abbas Hüseynovla Bədavi Hüseynov isə zədələndi. Bu amil vacib oyunlar öncəsi "Qarabağ"a çətinlik yaratmayacaq?
- Komandada birdən-birə 4 müdafiəçinin olmaması çox böyük problemdir. Üstəlik, dördü də yerlidir və demək olar ki, əsas heyət üzvüdür. Müdafiəçilərdən ikisi virusa yoluxursa, digər ikisinin arxa əzələsində dartılma olursa, bu, klub üçün böyük zərbədir. Bir toplanışda düz 4 oyunçu sıradan çıxdı. İnanmıram ki, başqa hansısa komandada belə bir hal baş versin. Bu, nadir hallarda yaşanan hadisədir. Komanda istənilən halda çıxış yolunu tapacaq. Buna şübhəm yoxdur. Sadəcə, indiki vəziyyətdə bunun yaşanması "Qarabağ" üçün böyük zərbədir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yurgen Klopp Almaniya millisinin baş məşqçisi təyin olunub
-
Ronaldinyo bir qurtum Pepsiyə görə milyonlarla dollarlıq sponsordan belə olmuşdu - (Video)
-
Kukurelya saçlarını autizmli oğluna görə uzadırmış - (Foto)
-
Devid Bekhem 77 yaşlı anası ilə görüntüləndi – (Video)
-
UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib
-
“Zirə” ilk matçda “Payde”yə məğlub oldu - Konfrans Liqası
XƏBƏR LENTİ
-
Bir teleqram Azərbaycanın elm tarixini dəyişdi
-
Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə növbəti köç olub - (Yenilənib)
-
Yurgen Klopp Almaniya millisinin baş məşqçisi təyin olunub
-
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binası belə görünəcək - (Foto)
-
Çin avtomobilləri sürənlərin nəzərinə: Ehtiyat hissələri bahalaşdı
-
Putin Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
-
Serenay reklamdan milyonlar qazanacaq - Rekord qazanc
-
Temperatur 39 dərəcə qalxacaq
-
Anar Məmmədliyə 14 il, Anar Abdullayevə 13 il həbs tələb olundu
-
Bakıda iş yoldaşının kartından gizlicə 6 min pul çıxaran şəxs saxlanıldı
-
Tanınmış iş adamı oteldə faciəvi şəkildə öldü
-
“Ambucycle” xidməti hansı hallarda tətbiq olunacaq?
-
Ronaldinyo bir qurtum Pepsiyə görə milyonlarla dollarlıq sponsordan belə olmuşdu - (Video)
-
Baş nazir qərar imzaladı
-
Rusiya Ermənistanın süd məhsullarına qadağa qoyur
-
Gəncədə yolun bir tərəfində dayanacaq var, digərində yoxdur - Sakinlər şikayətçidir
-
Müəllimini güllələməkdə təqsirləndirilən şagirdin məhkəməsində yeni qərar
-
İran ABŞ-ın atəşkəs təklifini rədd edib
-
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
-
Şirvanda dizinə antibiotik iynəsi vuran kişi öldü
-
Bu ərazilərdə yeni dəmiryol xətti çəkiləcək
-
"Mercedes"in satışı ABŞ-də qadağan olunacaq?
-
Binədə yol qəzası: 22 nəfər xəsarət aldı
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib





