İdman

"Arsenal"ın məşqində qalmaqal

20 Noyabr 2020 11:51
Baxış: 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Arsenal"ın son məşqində qalmaqal yaşanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, milliyə çağırılmayan oyunçulardan  David Luis ona qarşı sərt oynayan komanda yoldaşı  Daniel Sebalyosu burnuna yumruqla vurub. Bundan sonra ispan yarımmüdafiəçinin burnundan qan açılıb. O, dərhal ayağa qalxaraq, Luisə qarşılıq vermək istəyib. Lakin komanda yoldaşları və klub işçiləri davanın daha da böyüməsinin qarşısını alıblar. Hər iki oyunçu evlərinə göndərilib.

Qeyd edək ki, Luis bu mövsüm 8, Sebalyos isə 11 matçda meydana çıxıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.