İdman

“Barsa” altı futbolçu ilə yollarını ayırmağı planlaşdırır

17 Noyabr 2020 08:53
Baxış: 1 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" qış transfer pəncərəsində altı futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, transfer siyahısına Ektor Firpo, Samuel Umtiti, Mateus Fernandes və Martin Braytvayt da daxil olub.

E.Firpo "Barsa"nın baş məşqçisi Ronald Kumanın planlarında yer almayıb, həmçinin ona İtaliyadan təkliflər gəlib. Futbolçunun "İnter" və ya "Napoli"yə keçməsi ehtimal olunur.

S.Umtiti isə icarəyə göndəriləcək. Onunla "Lion" və "Roma" maraqlanır.

M.Fernandes transferi isə daha çətin görünür. Baş məşqçinin planlarında yer almayan futbolçu yay transfer pəncərəsində "Monako"ya keçməyə yaxın olsa da, bundan imtina edib.

Braytvaytın İngiltərə klubuna keçməsi real görünür. "Barsa"nın baş məşqçisi onu Menfis Depayla əvəzləmək istəyir.

"Barselona"nın həmçinin gənc futbolçular Karles Alenyu və Rikarko Puça ilə də yollarını ayırması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.