İdman

“Milan” Zlatanın əvəzləyicisini tapdı

16 Noyabr 2020 12:04
Baxış: 874
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Milan" futbolçusu Zlatan İbrahimoviçin əvəzinə qış transfer pəncərəsində yeni oyunçu almaq niyyətindədir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İtaliya klubu 39 yaşlı isveçli hücumçunun milli komandanın oyunlarında çıxış edərək, yorulduğunu düşünür. Buna görə də "Milan" PSV-dən Doniell Maleni transfer etmək niyyətindədir. Lakin Hollandiya klubu 21 yaşlı hücumçunun keçidi üçün həddindən artıq tələblər irəli qoyur.

Bundan əlavə, A seriyası yəmsilçisi "Real"ın oyunçusu Luka Yoviçlə də maraqlanır.

Qeyd edək ki, Malen bu mövsüm Hollandiya çempionatında 8 oyuna çıxıb və 4 qol vurub. O, bombardirlik yarışında Çukvunonso Madueklə birlikdə liderdir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.