İdman

"Qarabağ"ın hücumçusu Türkiyə klubu ilə anlaşdı

6 Yanvar 2012 11:57
0 Şərh     Baxış: 486
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın futbol üzrə milli komandasının üzvü, Ağdamın "Qarabağ" komandasının hücumçusu Rauf Əliyev Türkiyədə top qovacaq.

Qol.Az-ın "yeniasir.com.tr" saytına istinadən verdiyi məlumata görə, Türkiyənin  Bank Asya Liqasında çıxış edən "Göztepe" komandası 2008-ci ildən "Qarabağ" komandasında oynayan, 84 oyunda 18 dəfə rəqib qapısına yol tapan 22 yaşlı futbolçu ilə razılaşma əldə edib.

"Göztepe" Rauf Əliyevlə bərabər, "Ankaragücü" komandasından Theo Veeksin, qapıçı Özlenin, "Kayseri" komandasından Öndər Turacının, "Gənclərbirliyi" komandasından Serkanın, "Karabuk" komandasından Merterin də transfer məsələsini həll edib.

Bu transferlər içərisində Öndər Turacı da diqqət çəkir. 31 yaşlı müdafiəçi Öndər Turacı 6 dəfə Türkiyə milli komandasının formasını geyinib. "Beşiktaş" komandasının yetirməsi olan Öndər Turacı Türkiyə Super Liqasında 147 oyunda meydana çıxıb, 6 qol vurub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.