İdman

MLS klubu Ramosu istəyir

8 Noyabr 2020 23:25
Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın müdafiəçisi Serxio Ramos karyerasını MLS-də davam etdirə bilər.

Milli.Az matc.az-a istinadən bildirir ki, "İnter Mayami" 34 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Ramos "kral klubu" ilə yeni müqavilə üçün danışıqlara başlasa da, tərəflər arasında hələ ki, razılıq əldə edilməyib. Keçmiş futbolçu Devid Bekhemin sahibi olduğu "İnter Mayami"nin vəziyyəti izlədiyi və Ramosa rəsmi təklif göndərməyə hazır olduğu bildirilir. İspan müdafiəçinin də ABŞ klubunu sevdiyi vurğulanır.
 
Ramosun "Real"la müqaviləsi cari mövsümün sonunda başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.