İdman

“Barselona” 5 futbolçusunu satır - Adlar

7 Noyabr 2020 12:54
Baxış: 1 198
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Barselona" klubunun qış transfer dövrü ilə bağlı planları bəlli olub.
 
Milli.Az apasport.az-a istinadla bildirir ki, La Liqa təmsilçisi heyətində "təmizləmə" işləri aparmağa qərar verib.
 
Müflisləşməmək üçün pul qazanmağa ehtiyacı olan Barselonanın eyniadlı təmsilçisi bu məqsədlə 5 futbolçusunu satmaq niyyətindədir. Bunlar Usman Dembele, Samuel Umtiti, Martin Braytveyt, Xunior Firpo və Karles Alenyadır.
 
Qeyd edək ki, bu oyunçulardan birinin potensial müştərisi də var. Dembele İngiltərə "Mançester Yunayted"inin transfer siyahısında yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.