"Milan"ın futbolçusu Zlatan İbrahimoviç İtaliya A seriyasında oktyabr ayının ən yaxşı futbolçusu seçilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə turnirin saytı məlumat yayıb. 39 yaşlı hücumçuya mükafat noyabrın 8-i "Milan" - "Verona" matçında əvvəl təqdim ediləcək.
Qeyd edək ki, İbrahimoviç bu mövsüm ölkə çempionatında 4 oyunda 7 qol vurub, 1 qolun ötürməsini verib.
Milli.Az