İdman

Daha bir futbolçuda koronavirus aşkarlandı

6 Noyabr 2020 21:10
Baxış: 580
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Danimarka millisinin sabiq futbolçusu Yon Dal Tomasson koronavirusa yoluxub.

Milli.Az xəbər verir ki, hazırda İsveç "Malmö"sünə başçılıq edən 44 yaşlı mütəxəssisin analizinin nəticəsi müsbət çıxıb. Məlumatı klubun rəsmi saytı yayıb.
Xəstəliyi simptomsuz keçirən baş məşqçi dərhal karantinə alınıb.

Qeyd edək ki, 2020-ci ilin əvvəlindən "Malmö"nün sükanı arxasında olan Yon Dal Tomasson futbolçu karyerasında İngiltərənin "Nyukasl", Niderlandın "Feyenoord", İtaliyanın "Milan", Almaniyanın "Ştutqart" və İspaniyanın "Vilyarreal" klublarında çıxış edib. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.