İdman

UEFA Nurlan İbrahimovla bağlı qərarını açıqladı

4 Noyabr 2020 17:50
Baxış: 2 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu cəzalandırıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, qurumun Nəzarət, Etika və İntizam Orqanı feysbuk səhifəsindəki paylaşımı zamanı ayrı-seçkilik xarakterli sözlərə görə İbrahimovun futbolla bağlı hər hansı fəaliyyətinə müvəqqəti qadağa qoyub. UEFA məsələnin mahiyyəti barədə qərarı sonra verəcək.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsində mübarizə aparan "Qarabağ" sabah III tur çərçivəsində "Sivasspor"un qonağı olacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.