İdman

"Vilyarreal"dan qələbə

3 Noyabr 2020 10:55
Baxış: 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vilyarreal" La Liqada növbəti oyuna çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda 8-ci turda doğma meydanda "Valyadolid"i qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Vilyarreal" - "Valyadolid" - 2:0
Qollar: Çukvueze, 21, Torres, 37

Bu qələbə ilə xalını 15-ə yüksəldən Unay Emerinin komandası turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Real Sosyedad" 17 xalla 1-ci, "Real" 16 xalla (7 oyun) 2-cidir.

Qeyd edək ki, "Qarabağ" "Vilyarreal"a İstanbulda keçirilən matçda 1:3 hesabı ilə uduzub. Bu komandalar arasında İspaniyadakı görüş dekabrın 10-u oynanılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.