İdman

Azərbaycan çempionunun oyununun yeri dəqiqləşdi

3 Noyabr 2020 11:12
Baxış: 981
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Futzal üzrə Çempionlar Liqasında ilkin mərhələnin oyunlarının vaxtı və yeri dəqiqləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, koronavirus pandemyası üzündən yeni formatda keçiriləcək turnirdəki təmsilçimiz "Araz"ın Yunanıstan AEK-i ilə görüşünün başlama vaxtı da müəyyənləşib.

Azərbaycan çempionunun qarşılaşması noyabrın 29-da baş tutacaq. Görüş Afinadakı "Dais Sports Hall"da təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, ilkin mərhələnin 23 cütü bir oyundan ibarət duellərdə qalibi müəyyənləşdirəcək. Bu komandalar 1/16 finalda ilkin raunddan azad olan 9 kluba qoşulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.