İdman

"Sulşer bu oyunçularla işini itirəcək" - Roy Kin

2 Noyabr 2020 15:35
Baxış: 1 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted"in sabiq kapitanı Roy Kin komandanın Premyer Liqanın 7-ci turunda "Arsenal"a 0:1 hesabı ilə uduzduğu matçdan sonra klubu tənqid edib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis "qırmızı şeytanlar"ın oyununda keyfiyyət, komandada lider olmadığını deyib.
 
"Sulşer bu oyunçularla çalışaraq, işini itirəcək. Həqiqətən "Mançester Yunayted"ə görə çox narahatam. Hansını saymağımı istəyirsiniz? Komandada enerji, həvəs, özünənəzarət və keyfiyyət çatışmazlığı var. Komandada lider görmürəm. Həqiqətən də keyfiyyət yoxdur. Bu klub üçün hələ uzun yol lazımdır".
 
Qeyd edək ki, Kin 1993-2005-ci illərdə "Mançester Yunayted"də çıxış edib. O, son olaraq "Nottinqem"də çalışıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.