İdman

"Qarabağ"dan 450-ci qələbə

2 Noyabr 2020 11:17
Baxış: 749
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" Azərbaycan çempionatlarında 450-ci qələbəsini qazanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, yubiley Premyer Liqanın VIII turuna təsadüf edib.

"Keşlə"ni 6:1 hesabı ilə məğlub edən Ağdam klubu bunadək 449 dəfə qalib gəlmişdi. 450-ci uğur 804-cü matça təsadüf edib. Əyalət təmsilçisi evdə 267, səfərdə 180, neytral meydanda 3 dəfə rəqiblərini məğlub edib.

"Azersun Arena"dakı görüş həm də mövsümün iki rekordu ilə əlamətdar olub. Cari çempionatda ən çox qolun vurulduğu matçda həm də ən böyükhesablı nəticə qeydə alınıb.

Qeyd edək ki, "Qarabağ" ölkə çempionatlarında ilk qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir "Şirvan"ı ilə ev oyununda qazanıb - 6:0.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.