İdman

"Sivasspor" “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaq

2 Noyabr 2020 10:50
Baxış: 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"ı qəbul edəcək "Sivasspor"un heyətində ciddi itkilər var.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, üç futbolçunun qarşıdakı matçı buraxacağı dəqiqdir. Sol ayaq əzələsində yırtıq aşkarlanan ispaniyalı yarımmüdafiəçi Xorxe Feliks 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Sağ dizində problem yaranan ukraynalı yarımmüdafiəçi Sergey Rıbalka və əzələsi yırtılan kapitan Ziya Erdalın 1 həftədən sonra məşqlərə başlayacağı bildirilib.

Digər zədəli Marselo Qoyanonun müalicəsinin başa çatdığı və komanda ilə hazırlıq prosesinə qoşulacağı gözlənilir.

Ayağından əməliyyat olunmuş qabonlu müdafiəçi Aaron Appindanqoenin də müalicəsində sonuncu mərhələ başlayıb. Bu iki futbolçunun da "Qarabağ"la oyunda iştirakı sual altındadır.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. 

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.