İdman

"Real"da ciddi itki

1 Noyabr 2020 17:52
Baxış: 927
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın futbolçusu Lukas Vaskes zədələnib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi La Liqanın 8-ci turunda "Hueska" ilə matçda (4:1) ayağından xəsarət alıb. Vaskesin son durumunun tibbi müayinədən sonra məlum olacağı bildirilib.
 
Oyunçunun Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "İnter"lə qarşılaşmanı buraxma ehtimalı böyükdür.

Qeyd edək ki, 3 noyabrda keçiriləcək "Real" - "İnter" görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.