İdman

“Yuventus”dan son 10 ilin ən pis startı

31 Oktyabr 2020 14:05
Baxış: 699

"Yuventus" bu mövsüm tarixində son 10 ilin ən pis startını edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin klubu yeni mövsümün ilk 6 oyununda cəmi 2 qələbə qazanıb. Andrea Pirlonun kollektivi digər matçların 3-də heç-heçəyə razılaşıb, 1-də isə məğlub olub.

Son dəfə  "Yuventus" ən pis başlanğıcını 2010-cu ildə Luici Dernelinin baş məşqçiliyi altında etmişdi.

Bundan əlavə, Pirlo televizya kanallarından birində komandası mövsümə qeyri-qənaətbəxş start verdiyi üçün tənqidi olaraq "Qızıl Tapir" mükafatını almışdı.

Qeyd edək ki, "Yuventus" A Seriyasının turnir cədvəlində  9 xalla 5-cidir. Sıralamaya aktivində 13 xal olan "Milan" başçılıq edir. "Napoli" 11 xalla 2-ci, eyni xalı olan "Sassuolo" isə 3-cüdür.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.