İdman

"Barselona" prezidenti istefa verdi

28 Oktyabr 2020 09:55
Baxış: 1 048
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" prezidenti Josep Maria Bartomeu vəzifəsindən istefa verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun saytı məlumat yayıb. O, bu qərarını idarə heyətinin üzvləri ilə iclasından sonra açıqlayıb.

İspaniya mətbuatı istefa səbəbinin zəif nəticələr və klubun iqtisadi vəziyyəti olduğunu yazıb.

Bundan əvvəl Bartomeu, klub üzvləri tərəfindən etimadsızlıq qərarı almışdı. Prezident referendumu gözləməmək qərarına gəlib və istefa verib.

Qeyd edək ki, Bartomeu 2014-cü ildən Kataloniya təmsilçisinin prezidenti idi. O, dünən vəzifəsindən istefa verməyəcəyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.