Azərbaycan və Türkiyə boksçuları qardaşlıq mesajı veriblər: “Qarabağ Azərbaycandır!” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığma olimpiya təsnifat turnirləri üçün təlim-məşq toplanışını Kastamonuda keçir.
Məşqçilər korpusu hazırlıq çərçivəsində 15 boksçunu yoxlayır. Noyabrın 16-da bitəcək toplanış Türkiyə və Rumıniya yığmaları ilə birgə təşkil olunur.
Azərbaycan və Türkiyə milli komandaları ilk məşqdən öncə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər. Hər iki ölkənin bayrağı ilə rinq önünə keçən yığmalar "Qarabağ Azərbaycandır" səsləndirərək, hazırlığa başlayıblar. Onlar böyük qələbənin qeyd olunacağı günü səbirsizliklə gözlədiklərini vurğulayıblar. Boksçular şəhidlərimizin ruhuna ehtiramlarını bildirib, yaralı əsgərlərimizə şəfa diləyiblər.
Türkiyə Boks Federasiyasının prezidenti Eyüp Gözgeç bildirib ki, ürəkləri hər zaman Azərbaycanla birgə döyünür: "Biz iki dövlət, tək millətik. Hər zaman qardaş ölkə Azərbaycanın yanında olmaqdan, sizi Türkiyədə qonaq etməkdən qürur və xoşbəxtlik hissi keçiririk. Azərbaycanın hazırkı durumda yanında olduğumuzu idman qardaşlığı ilə də göstəririk. Hər zaman və hər yerdə qardaşlarımızla birgəyik. Artıq Azərbaycan yığması ilə təlim-məşq toplanışına start verdik. Oktyabrın 28-də hazırlığa Rumıniya milli komandası da qoşulacaq. Hədəfimiz idmançılarımızın Tokio Yay Olimpiya Oyunları üçün lisenziya xarakterli Avropa Olimpiya Təsnifat Turnirinə tam formada yollanmasıdır".
Qeyd edək ki, Tokio-2020-yə millimizin heyətində hələlik Tayfur Əliyev (57 kq) vəsiqə qazanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - (Video)
-
Burak Yılmazın yeni iş yeri bəlli oldu
-
Maks Ferstappen sərbəst yürüşdə ən yaxşı nəticəni göstərdi - Yenilənib
-
Tramp ona qartal heykəli hədiyyə etdi
-
Onların maaşının artırılması üçün 550 milyon ayrılır
-
Formula 1 Azərbaycan Qran-Prisində qəza
-
50 və 64 nömrəli marşrutların hərəkət sxemi dəyişdirildi
-
ABŞ-dən Ukraynaya yeni təklif: Üçtərəfli görüş Əbu-Dabidə keçirilə bilər
-
Litva – Azərbaycan matçının hakimləri açıqlandı
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
-
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - (Video/Foto)
-
Xarici ölkə vətəndaşı ilə əlaqəsi olan şəxs 11 kiloqram narkotiklə tutuldu
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
-
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - (Video/Foto)
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama





