İdman

“Neftçi”nin futbolçusu Türkiyədə əməliyyat olundu

25 Oktyabr 2020 16:27
Baxış: 1 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin qapıçısı Səlahət Ağayev dirsək oynağından əməliyyat olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Türkiyənin İstanbul şəhərindəki özəl klinikalardan birində aparılmış əməliyyat uğurlu alınıb. Həkimlərin rəyinə görə, gələn həftədən bərpa məşqlərinə başlayacaq futbolçunun 3 həftədən sonra topla hazırlığa start verəcəyi planlaşdırılır.

Səlahət Ağayev əməliyyatla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Əməliyyat 3 saat çəkdi və çox yaxşı keçdi. Dünənlə müqayisədə bu gün özümü daha yaxşı hiss edirəm. Sabah növbəti həkim müayinəsindən sonra Bakıya qayıdıb, bərpa məşqlərinə başlayacam".

Qeyd edək ki, 2017/18 mövsümündən etibarən "Neftçi"nin heyətində 67 oyunda meydana çıxan Ağayev bu mövsüm heç bir oyunda forma geyinməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.