Hadisə

Bakı metrosunda ölüm hadisəsi baş verdi

11 Oktyabr 2025 09:33
Baxış: 767
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda metroda ölüm hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında metronun "28 May" stansiyasında qeydə alınıb.

"Bakı Metropoliteni" QSC-dən daxil olan məlumatda isə bildirilib ki, qatarda halı pisləşmiş sərnişin "28 May" stansiyasında düşürüldükdən qısa müddət sonra vəfat edib:

"Məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.