İdman

Çempionlar Liqasının ən yaxşısı seçildi

23 Oktyabr 2020 18:14
Baxış: 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, qrup mərhələsinin I turunun ən yaxşısı adına Kinqsli Koman layiq görülüb.

Almaniya "Bavariya"sının fransalı yarımmüdafiəçisi UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermənin qalibi olub. "Atletiko" ilə görüşdə 2 qol və 1 məhsuldar ötürmə verən 24 yaşlı futbolçu digər namizədləri qabaqlayıb.

Qeyd edək ki, ən yaxşı adına digər namizədlər Alvaro Morata (Yuventus), Tete (Şaxtyor) və Anxelinyo (Leypsiq) idi.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.