İdman

“Mançester Siti” Braziliyalı futbolçusunu itirdi

22 Oktyabr 2020 17:04
Baxış: 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsinə "Porto" üzərində qələbə ilə (3:1) başlayan "Mançester Siti" bir futbolçusunu itirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "şəhərlilər" braziliyalı yarımmüdafiəçi Fernandinyonun xidmətindən məhrum olub.

Qarşılaşmanın 85-ci dəqiqəsində meydana daxil olan müdafiəyəmeyilli oyunçu zədələndiyi üçün əlavə edilmiş vaxtda əvəzlənib. Həkim müayinəsindən sonra məlum olub ki, Fernandinyo qarşıdakı ay yarım ərzində komandasına kömək edə bilməyəcək.

35 yaşlı oyunçu ən yaxşı halda qrup mərhələsinin son turunda "Marsel"lə (Fransa) dekabrın 9-na təsadüf edən qarşılaşmada meydana çıxa biləcək.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.