İdman

ÇL tarixində Fatidən ilk

21 Oktyabr 2020 12:24
Baxış: 1 162
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın hücumçusu Ansu Fati Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, gənc forvard buna qrup mərhələsinin ilk turunda "Ferensvaroş"la ev oyununda fərqlənərək nail olub.

"Nou Kamp"dakı matçda iki qol vuran Fati bu turnirdə 18 yaşına çatmamış dubl edən ilk futbolçu ünvanına yiyələnib. O, ÇL-də ilk qolunu 2019-cu ilin dekabrında "İnter"lə matçda vurub.

Macarıstan klubu ilə görüşdə hesabı açan İspaniya təmsilçisinin kapitanı Lionel Messi isə Çempionlar Liqasında qol vurduğu komanda sayını 36-ya çatdırıb. Argentinalı bununla öz rekordunu yeniləyib.

Qeyd edək ki, "Barselona" "Ferensvaroş" üzərində 5:1 hesablı qələbə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.