İtaliyanın daha bir klubunda koronavirusa yoluxma halı aşkarlanıb.
 
Milli.Az apasport.az-a istinadla bildirir ki, "Torino"nun U-23 komandasının 6 futbolçusundan götürülən testin nəticəsi pozitiv çıxıb.
 
Klub həmin oyunçuların artıq karantinə alındığını açıqlayıb. Həmçinin komandanın fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığı bildirilib.
 
Qeyd edək ki, daha əvvəl "Cenoa"da koronavirusa yoluxma olduğundan, A seriyasının III turu çərçivəsində "Torino" ilə oyunu təxirə salınıb.
Milli.Az
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        




        
                