İdman

AFFA "Qarabağ"ın avrokubok oyunu ilə bağlı UEFA-ya müraciət edib

28 Sentyabr 2020 18:29
Baxış: 1 492
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Liqasının pley-off mərhələsində baş tutacaq "Legiya" - "Qarabağ" oyunu ilə əlaqədar AFFA tərəfindən UEFA-ya müraciət ünvanlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, assosiasiya son günlər Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətləri nəzərə alaraq bu addımı atıb.

Müraciətdə Avropa Liqasının qrup mərhələsinin 2019-cu il oktyabrın 3-də Lüksemburqdakı "Josi Bartel" stadionunda keçirilmiş "Düdelanj" - "Qarabağ" oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb.

Bildirilib ki, oktyabrın 1-də Polşanın paytaxtı Varşavadakı Ordu stadionunda keçiriləcək "Legiya" - "Qarabağ" oyununda ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşılması vacibdir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.