İdman

Eddinin klubunda koronavirus aşkarlandı

23 Sentyabr 2020 14:29
Baxış: 597
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Albasete"də koronavirusa yoluxma halı qeydə alınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, əsas komandanın məşqçilər heyəti, futbolçular və işçilər koronavirus testindən keçib, onlardan birinin nəticəsi müsbət olub. Virusa yoluxan şəxsin adı açıqlanmayıb.

Xatırladaq ki, Eddi İsrafilov Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı Lüksemburq və Kiprlə matçlarında iştirak etməyib. O, İspaniyadakı vəziyyətin koronavirus səbəbindən gərgin olduğunu və qayıdarkən iki testdən keçməli olduğunu əsas gətirərək toplanışa qatılmayıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.