İdman

"Qarabağ"la oyun ərzində 3-4 dəfə futbola nifrət etdim" - "Molde" rəsmisi

22 Sentyabr 2020 18:49
Baxış: 1 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Düşünürəm ki, matç ərzində 3-4 dəfə futbola niftət etdiyimi söylədim. Penaltilər seriyasına gələndə qorxunc şübhələrim var idi. Həmin vaxt futbol gözümdə elə də böyük deyildi.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Norveç "Molde"sinin baş direktoru Ole Erik Stavrum Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a qalib gələrək (əsas və əlavə vaxt - 0:0, penaltilər seriyası - 6:5) pley-offa yüksəldikləri oyun barədə "Rbnett.no" nəşrinə  danışarkən deyib.

O, penaltilər seriyasında qorxunc səhnələrin fantastik macəraya çevirildiyini bildirib: "Biz sanki qaranlıqda oturaraq özümüzə qapanmışdıq. Ancaq yekunda bizdə yaxşı atmosfer var idi. Matçın sonlarındakı kimi əhval-ruhiyyə və sevinc hisslərini yaşayacağımızı heç vaxt düşünməmişdim".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.