İdman

Ronaldudan daha bir rekord

21 Sentyabr 2020 12:16
Baxış: 1 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu növbəti rekordunu müəyyənləşdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı oyunçu buna A Seriyasının 1-ci turunda "Sampdoriya" ilə matçda (3:0) nail olub. 35 yaşlı hücumçu qapıya 10 zərbə vurmaqla Avropanın TOP-5 çempionatındakı futbolçular arasında bu statistikada ən yaxşı göstəriciyə imza atıb. 

Bundan əlavə, Ronaldu həmin görüşdə bir qol, bir məhsuldar ötürmə ilə də yadda qalıb.

Qeyd edək ki, Ronaldu geridə qalan mövsüm 33 matça çıxaraq, 12-si penaltidən olmaqla 31 qol vurub və 5 qolun ötürməsini verib

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.