İdman

"Fiorentina"da yeni transfer

17 Sentyabr 2020 15:31
Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fiorentina" növbəti transferini rəsmiləşdirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Florensiya təmsilçisi sabiq futbolçusu Borxa Valeronu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər bir illik müqaviləyə imza atıblar. 35 yaşlı ispan yarımmüdafiəçi köhnə-yeni klubunda "6" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Valero 2012-2017-ci illər aralığında da Fiorentina-nın uğurları üçün çalışıb. O, 2017-ci ildə məhz bu klubdan İnter-ə keçmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.