İdman

2020-ci ildə ən çox qazanan futbolçu

16 Sentyabr 2020 00:33
Baxış: 2 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Forbes" jurnalı 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısını dərc edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, siyahının birinci pilləsində İspaniyanın "Barselona" komandasının kapitanı Lionel Messi (126 milyon dollar) qərarlaşıb. "Yuventus"un hücumçusu Kriştianu Ronaldu ikinci (117 milyon), "Paris Sen-Jermen"in braziliyalı futbolçusu Neymar üçüncü (96 milyon) olub.

Siyahının dördüncü və beşinci pillələrində müvafiq olaraq Kilian Mbappe ("Paris Sen-Jermen") və Məhəmməd Salah ("Liverpul") yer alıblar.

Qeyd edək ki, L.Messi ötən mövsümdə "Barselona"nın heyətində keçirdiyi 44 oyunda 31 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.