İdman

"Real Madrid"də ciddi itki

7 Sentyabr 2020 18:54
Baxış: 1 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya millisinin və Real Madrid-in futbolçusu Serxio Regilon zədələnib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi Millətlər Liqasının II turunda evdə Ukraynanı 4:0 hesabı ilə məğlub etdikləri matçda xəsarət alıb.

Oyunçu ayaq biləyindən zədələnib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.

Qeyd edək ki, Serxio Regilon 2019/2020 mövsümündə icarə əsasında Sevilla-da oynayıb. O, komanda ilə birlikdə Avropa Liqasının qalibi olub. Müdafiəçi Sevilla-nın heyətində 38 matçda iştirak edib, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.