İdman

İspaniya millisindən rekord

4 Sentyabr 2020 15:55
Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millətlər Liqasının ilk turunda Almaniya ilə heç-heçə (1:1) edən İspaniya yığması rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, matçın 90+5-ci dəqiqəsində Xose Qayanın qolu ilə məğlubiyyətdən qaçan ispanlar ardıcıl 41 oyundur ki, meydanı qolsuz tərk etmirlər. Bu, milli komandalar arasında rekord göstəricidir.

İspaniya millisi sonuncu dəfə Avro-2016-nın 1/8 finalında İtaliya ilə oyunda (0:2) qol vura bilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.